Sumqayıtda yüksək dozada narkotik qəbul edən şəxs ölüb
11 iyun 2019 10:56 (UTC +04:00)

Sumqayıtda yüksək dozada narkotik qəbul edən şəxs ölüb

Sumqayıtda yüksək dozada narkotik qəbul edən 36 yaşlı kişi ölüb.
 
APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər, 20-ci məhəllədə yaşayan 1983-cü il təvəllüdlü Elçin Talıbovun meyiti yaşadığı mənzildə tapılıb. Araşdırma zamanı məlum olub ki, E. Talıbov narkotik istifadəçisiymiş və ölümünə yüksək dozada narkotik qəbul etməsi səbəb olub.
 
Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571
avatar

Aygün İbrahimli

Oxşar yazılar