Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Səhər yarımadanın bəzi yerlərində qısa yağış yağacağı proqnozlaşdırılır. Şimal qərb küləyi gündüz mülayim cənub –şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah gündüz hava şəraitinin yağmursuz olacağı, lakin dağlıq və dağətəyi rayonlarında gecə və axşam saatlarında qısamüddətli lokal leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.