Kotletli əcəb səndəldən dadmısınız? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Menyu” adı ilə məşhur olan səhifəyə istinadla ətli əcəb səndəlin resepti ilə tanış edəcəyik.
Tərkibi:
800 qr ət, 0,5 kq badımcan, 0,7 kq pomidor, 2 ədəd bibər, 4 ədəd soğan (2-si ətə, 2-si qazanın dibinə), yarım dəstə keşniş, şüyüd, cəfəri, 150 ml bitki yağı, 100 qr kərə yağı.
Hazırlanma qaydası:
Əvvəlcə çəkilmiş ətə süzgəcdən keçirilmiş soğanı, duzu, istiotu, sarıkökü, darçını əlavə edib qarışdırırıq. Badımcanı və digər tərəvəzləri yaxşıca yuyuruq. İlk olaraq badımcanı istəyimizə uyğun formada doğrayıb, duzlayırıq və acısının çıxmasını gözləyirik.
Bir kənardan digər tərəvəzləri, kartofu soyub doğrayırıq, sonra bibər və pomidor yuyulur. Pomidorun qabğı soyulsa daha yaxşı olar.
Keşniş şüyüd cəfəri də götürərək, doğrayırıq.
Qazana bitki yağı əlavə edib, süzgəcdən keçirilən soğanı, əzilmiş sarımsağı, süzgəcdən keçirilən pomidoru buraya qatırıq. Sonra lay-lay doğranılan tərəvəzlər və ətdən düzəltdiyimiz kotletlər düzülür.
Kartofa duz, istiot, sarıkök mütləq vurulmalıdır. Sonda düzüldükdən sonra göyərti də əlavə edilir və yemək qaynamağa başlayanda kub formasında doğranan kərə yağı əlavə edilir.
Nuş olsun!
1956