Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni binasının açılışı olub
30 sentyabr 2013 14:39 (UTC +04:00)

Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni binasının açılışı olub

Bu gün prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlumat verilib ki, Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası Dövlət Proqramının icrası qaydasında, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində inşa edilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Yeni binanın layihə işləri  “S Modus” MMC, inşaat işləri isə “Continental Construction and İndustrial Co” ASC tərəfindən həyata keçirilib. 5 və 7 mərtəbəli iki korpusdan, habelə  3 mərtəbəli yardımçı buna və yeraltı qarajdan ibarət binanın inşasına 2010-cu ilin avqust ayında başlanılıb.

 

 

Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı binanın  ictimai zonasının girişində vətəndaşların qəbul otağı inşa edilib. Qəbul otağında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair əmr, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları olan lövhələr quraşdırılıb. Həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb.

 

Məlumat verilib ki,  təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılıb.

 

Prezident İlham Əliyev “161-Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış olub. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılıb, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilərək, daxil olan zəngləri görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu  yeni proqram təminatı vasitəsilə həyata keçirilir ki, bu da  korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır. Binanın 6-cı mərtəbəsindəki konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda idarə əməkdaşlarına Baş Prokurorluğun iclaslarına, müşavirələrinə birbaşa qoşulmaq və videokonfransların keçirilməsi imkanı var. Eyni zamanda yaradılmış şərait müxtəlif treninq, seminar və beynəlxalq tədbirlərin keçirilməsi üçün də məqbuldur.

 

 

Dövlət başçısı daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədilə   elmi-texniki tərəqqinin  ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz olunmuş otaqlarla tanış olun. Kriminalistika otağında müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaq metodikasına dair məlumatları əks etdirən  lövhələr, əyani vəsaitlər quraşdırılıb. Mühafizə otağı, arxiv, dəftərxana xidməti də müasir tələblər səviyyəsində qurulub.

 

Sonda prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin kollektivinə uğurlar arzulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar