Komplekslərinizdən yaxa qurtarmaq istəyirsinizsə...
06 sentyabr 2016 17:10 (UTC +04:00)

Komplekslərinizdən yaxa qurtarmaq istəyirsinizsə...

Sevda Sultanova:
 
Bəzən deyirlər ki, filan adam komplekssizdir. Hər bir adamın kiçik də olsa, kompleksi var. Bizdə komplekssizliklə abırsızlığı səhv salırlar. Məkanı, mühiti nəzərə almadan sərbəst davranış sərgiləyirsənsə, bu, komplekssiz davranış yox, ədəbsizlikdir.
 
Bəzən də cəmiyyətin davranışı insanları kompleksə soxur. Məsələn, əlil adamı küçədə görəndə hamı ona diqqət kəsilir, bu, isə narahatlıq gətirir. Yaxşı ki, son illərdə aksiyalar keçirilir, maariflənmə işi aparılır bununla bağlı, toplum artıq anlamağa başlayır ki, o da bizdən biridir.
 
İntellektlə bağlı kompleks var. Məsələn, sosial şəbəkələrdə yazırlar ki, “sən filan filmə indi baxmısan", ya da "sən filan əsəri indi oxuyursan?” Halbuki, onun inboxuna da yaza bilərdi. Bunu yazan adamın özünün intellektlə bağlı kompleksi var.
 
Filosof Həsən Quliyev “Arxetipik azərilər:mentalitetin simaları” adlı kitabında azərbaycanlı xarakterini analiz edir. Bu kitab həm də bizim komplekslərimiz haqdadır.
Kompleksdən azad olmaq üçün onu üstünlüyümüzə çevirmək lazımdır...
 
 
Cavid Zeynallı
 
 Ətrafımıza baxsaq, elə bir adam tapa bilmərik ki, hər hansı kompleksdən əziyyət çəkməsin. Təbii ki, komplekslər müxtəlif cür özünü büruzə verir. Aşırı dərəcədə bundan əziyyət çəkən adamlar gündəlik həyatda, cəmiyyətdə, mühitdə müəyyən problemlərlə üzləşirlər. İnsanlar insani dəyər baxımından eynidirlər. Buna görə onlar nə üstünlük, nə də aşağılıq kompleksi yaşamalıdırlar.
 
Komplekslərin içində ən təhlükəlisi aşağılıq kompleksidir. Bu kompleksə qalib gələ bilməyən insanlarda psixoloji problemlərin yaranmasını adi hal kimi qəbul etmək olar. Çünki insan özünü kimdənsə aşağı görürsə, onun bütün fəaliyyəti enişə doğru gedir. Aşağılıq kompleksi olan insanlar bacara biləcəyi işi belə etməkdən çəkinirlər.
 
Bundan başqa ünsiyyət problemi ciddi komplekslərdən biridir.
 
Kompleks insanların yaşına, təhsil səviyyəsinə, həyat standartına, qadın, kişi olduğuna görə də dəyişir.
 
Məşhur psixoloq Karl Qustav Yunq qeyd edirdi ki, “kompleks hər zaman insana mənfi nəticələr vermir. Bəzən komplekslər insanın böyük uğurlara çatmasını təmin edə bilər”. Ümumən, psixologiya elmi bu nəticəyə gəlib ki, komplekslərin yaranmasında əsas səbəb uşaqlıqda yaşanmış psixoloji travmalardır...
 
Səbinə Bayramova-psixoloq
 
Kompleks - mənfi emosiyalarla, yarımçıq xatirələrlə və dumanlı meyllərlə əks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şəxsiyyətinin daxili strukturunu formalaşdırır.
 
Bizim şüuraltımızda qorxu, cəza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış təəssüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizdə kompleksli davranış reaksiyaları yaradır. Həmin reaksiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmadıqda bizdə mənfi hisslər yaranır. Uşaqlıq kompleksi, Titani kompleksi, Alisa kompleksi, Elektra və Edip kompleksləri və sairənin  adını çəkmək olar. Erkən yaşda formalaşan bu komplekslər xarakteri, şəxsiyyətlərarası münasibətləri, emosional və iradi mühiti müəyyən edir. Bu cür psixoloji elementlər isə narahatedici və ya xəstəlik yaradacaq simptomlara çevrilir. Bu cür transformasiyalar da  cinsəl münasibətlərdə, adi həyatda, meyllərdə və düşüncə tərzində çərçivələnmiş yanaşmalara yol açır. Əlbəttə ki, çox gec olmadan mütəxəssisə müraciət olunarsa, aradan qaldırılması mümkündür...
 
İlqar Rəsul
Aşağılıq kompleksinə qalib gəlmək üçün ilk növbədə insan belə bir problem yaşadığını anlamalı və qəbul etməlidir. İnsan bilməlidir ki, bu problemin kökündə əsasən özünə inamsızlıq dayanır. İnsan öz imkan və bacarıqlarının fərqinə varmalıdır, "mən buyam və bu bacarıqlarım var" - deyə bilməli, mükəmməl olmaq kimi bir dərdi özündən uzaqlaşdırmalıdır. İnsanın hər məsələdə bacarıqlı olmayacağını qəbul etməsi vacibdir. Bu problemini mümkün qədər aradan qaldırmaq üçün insan öz bacarıqlarını dəqiqləşdirib, onları inkişaf etdirən kurslara yazıla bilər.
 
Görkəmidə, fiziki durumunda nəsə kompleks yaradan amillər varsa, insan bunun atadan-babadan keçən irsi çatışmazlıq olub onu aradan qaldırmağın mümkünsüzlüyünü də qəbul etməklə müəyyən mənada rahatlıq tapa bilər...
 
Tam olaraq APA TV-də izləyin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar