Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov fevralın 15-də vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, qəbul Ağcabədi rayonunda olacaq.
Komitə sədrinin qəbulunda Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Beyləqan, Füzuli, İmişli, Zərdab, Xocavənd rayonlarının sakinləri də iştirak edəcək.