Komitə “Enerji İdarəetmə Sistemləri” ilə bağlı təlim keçirəcək
14 yanvar 2014 14:08 (UTC +04:00)

Komitə “Enerji İdarəetmə Sistemləri” ilə bağlı təlim keçirəcək

Yanvarın 24-də Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərə başlanacaq. Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Təlimlər üç gün ərzində Britaniya Standartlar İnstitutunun mütəxəssisinin iştirakı ilə keçiriləcək. Təlimləri uğurla bitirən iştirakçılar İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri haqqında Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, İSO 50001 beynəlxalq standartı enerji idarəetmə sisteminin qurulması, tətbiqi, müşahiyət edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri təyin edən, müəssisə üçün enerji sisteminin, enerji effektivliyinin, enerji təhlükəsizliyinin, enerji sərfiyyatının davamlı təkmilləşdirilməsinə imkan yaradan sistemli yanaşmadır. Həmçinin bu yeganə standartdır ki, müəssisəyə qısa müddət ərzində enerji effektivliyinə nail olmağa və maddi qənaəti əldə etməyə imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar