Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİV DF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklər edilib.
Müzakirələr zamanı layihələrin icra müddətinin 6 aydan 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi təklif olunub.
Eyni zamanda Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ötən dövrdə ayırmış maliyyə yardımları mətbuatın texniki imkanlarının, dövriliyinin və tirajlarının artmına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması təklif olunub.
Təkliflər səsə qoyularaq, qəbul edilib.