Kinoloji Mərkəzdə keçirilən yarışın qalibləri mükafatlandırılıb
31 may 2017 17:55 (UTC +04:00)

Kinoloji Mərkəzdə keçirilən yarışın qalibləri mükafatlandırılıb

0

Mayın 31-də Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində xidməti axtarış itlərinin çoxnövçülükdə birincilik üzrə yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent.az-ın DGK-nın saytına istinadən məlumatına görə, komitəsinin təlimçi-kinoloqlarının iştirak etdiyi yarış mayın 29-30 tarixlərində Kinoloji Mərkəzdə baş tutub. Yarış narkotik vasitələrin otaq şəraitində, əl yüklərində, minik və yük avtonəqliyyat vasitələrində axtarışından ibarət olub.

 

Mükafatlandırılma mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov bu qəbildən olan yarışların gömrük işinin keyfiyyətinin artırılması, sərhədlərimizin etibarlılığının gücləndirilməsinə mühüm dəstək olduğunu bildirib.

 

Şahin Bağırov təlimçi-kinoloqlar arasında bilik və təcrübə mübadiləsi, işbirliyinin gücləndirilməsi baxımından da bu yarışların önəmini vurğulayıb.

 

Yarışda əsasən sərhəd-gömrük keçid məntəqələrində xidmət edən 13 təlimçi-kinoloq iştirak edib.

 

Birinci yerə Polad Mahmudov, ikinci yerə Simran Nəhmətov, üçüncü yerə Rüfət Dadaşov layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar