Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə artıq üç şirkət tərəfindən sənədlər təqdim olunub.
MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev Lent.az-a bildirib ki, sənəd verənlər “Real Təhlil İnformasiya Mərkəzi” MMC, TV Media Azerbaycan MMC və “RTV MMC”-dir.
Sənəd qəbulu aprelin 11-dək davam edəcək, nəticələr ondan sonra elan olunacaq.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11mart tariхdən 11 aprel il tariхədək müsabiqə elan edib.