Kenquru qəfil öldü, şirin balası oldu<span style="color:red;"> - BAKI ZOOPARKINDA
07 iyun 2016 18:38 (UTC +04:00)

Kenquru qəfil öldü, şirin balası oldu - BAKI ZOOPARKINDA

May ayında Bakı Heyvanat parkında xeyli əlamətdar hadisə baş verib. Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, heyvanat parkının direktoru Azər Hüseynov bildirib ki, heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, parkda olan bir cüt Qafqaz incə maralının sayı artmaqdadır: “Bu cins marallar 8 il öncə parkımıza gətirilib. Marallar bu ilin mayında daha iki bala veriblər. Bununla da onların sayı 9-a çatıb. Bundan başqa, parkımıza 1999-cu ildə İrandan gətirilmiş şir, həmçinin parkda saxlanılan dəvə, kenqurular da bala verib. Ana kenqurulardan biri qəfildən öldü və biz onun balasını əlimizdə böyütdük. İnsan qayğısı ilə böyüyən bu heyvan tam əhliləşib. Onu da deyim ki, sayı artan bəzi heyvanların, xüsusilə də Qafqaz incə maralının təbiətə buraxılması haqqında düşünürük”.

 

Gələn il Bakı Heyvanat Parkının 75 ili tamam olur: “Bizə dəstək göstərilərsə, bu yubiley tədbirini beynəlxalq konfransla qeyd etmək istəyirik. Belə bir tədbirin keçirilməsi ölkəmizdə heyvanat aləminin qorunmasına, heyvan növlərinin artırılmasına, eyni zamanda təcrübə mübadiləsinin aparılmasına öz töhvəsini verə bilər”.

 

Məlumat üçün bildirək ki, Bakı Heyvanat Parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Bakıda ilk zoopark isə 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami parkı) kiçik guşə şəklində təşkil edilib. Sonralar zoopark müxtəlif ərazilərə köçürülür və nəhayət, indiki məkana gəlib çıxır. Hazırda 4 hektardan çox ərazini əhatə edən Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar