Kəndlilərə 5 illik müddətli vergi güzəştləri veriləcək – QANUN
16 dekabr 2013 18:54 (UTC +04:00)

Kəndlilərə 5 illik müddətli vergi güzəştləri veriləcək – QANUN

Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanuna əsasən, gələn il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 il müddətinə müddətli vergi güzəştləri veriləcək. Bundan öncə isə bu müddət 3 il nəzərdə tutulurdu.

 

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586
avatar

Oxşar yazılar