Kənd Təsərrüfatı Nazirliyi 432 nəfəri işə götürəcək
15 aprel 2019 20:05 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi 432 nəfəri işə götürəcək

Kənd Təsərrüfatı Nazirliyi (KTN) 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib.
 
Nazirlikdən ONA-ya bildirilib ki, aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
 
Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib. 
 
Elanla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=268&DoKod=208 
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=267&DoKod=208 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar