<b>Rusiyaya ixrac zamanı yaranan problem tam aradan qaldırılıb </b>- <span style="color:red;">DGK
11 iyun 2016 11:36 (UTC +04:00)

Rusiyaya ixrac zamanı yaranan problem tam aradan qaldırılıb - DGK

Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiya Federasiyasına ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyatı qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq labarator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem həllini tapıb. Belə ki, iyun 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü  29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yük maşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.

Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar