Kəmaləddin Heydərov Zaqatalada vətəndaşları qəbul edəcək
10 sentyabr 2013 01:46 (UTC +04:00)

Kəmaləddin Heydərov Zaqatalada vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 13-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcək. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

 

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Zaqatala rayon, Əliabad kənd orta məktəbinin binasında, digər məsələlərlə bağlı qəbul isə Zaqatala şəhər Nizami Hüseynov adına 2 saylı orta məktəbin binasında (ünvan: Zaqatala şəhər, Heydər Əliyev prospekti 65) keçiriləcək.

 

Vətəndaşların qeydiyyatı 10 sentyabr 2013-cü il tarixində saat 10:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835
avatar

Oxşar yazılar