Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək.
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşların qəbulu 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, FHN-nin Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-da olacaq.