[b]Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edəcək[/b]
09 aprel 2019 15:02 (UTC +04:00)

[b]Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edəcək[/b]

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 12-də saat 11:00-da Quba şəhərində vətəndaşları qəbul edəcək. 
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qubadakı Heydər Əliyev Mərkəzinin binasında keçiriləcək qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı 11 aprel 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-dan başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar