Kəmaləddin Heydərov Lerikdə vətəndaşları qəbul edib - YENİLƏNİB
30 may 2014 18:23 (UTC +04:00)

Kəmaləddin Heydərov Lerikdə vətəndaşları qəbul edib - YENİLƏNİB

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 30-da Lerikdə vətəndaşları qəbul edib.


 

APA-nın cənub bürosunun məlumatına görə, Lerik rayon Mədəniyyət Evində təşkil olunan qəbula Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də qatılıb.

 

Nazirliyin müvafiq strukturları rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı müraciətlərin əksəriyyətini işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər təşkil edib.

 

Nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verib.

 

Gün ərzində 357 vətəndaşın müraciəti dinlənilib və onların əksər hissəsi elə yerindəcə öz həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar