Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinin müavini ilə görüşüb
29 yanvar 2014 16:01 (UTC +04:00)

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinin müavini ilə görüşüb

Yanvarın 28-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Kəmaləddin Heydərov hər iki ölkə arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə seminar-təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olan qonaqlara bu təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib. Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar