Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edib - YENİLƏNİB
27 iyun 2014 16:25 (UTC +04:00)

Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edib - YENİLƏNİB

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bərdə şəhərində Bərdə, Ağdam və Tərtər rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 71 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar