Kefal balıqlarının kütləvi ölümü – <span style="color:red;">ARAŞDIRMA  başladı
06 mart 2014 14:16 (UTC +04:00)

Kefal balıqlarının kütləvi ölümü – ARAŞDIRMA başladı

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Nazirlik yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib.


 

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərişə uyğun olaraq Dövlət Baytarlıq Xidməti ölkənin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərib. Telefonoqramda ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib.

 

Bu tədbirlərin görülməsində məqsəd mətbuatda İranın Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatların yer alması olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar