Kamal Abdulla Dövlət Komitəsində müşavirə keçirdi
06 mart 2015 17:12 (UTC +04:00)

Kamal Abdulla Dövlət Komitəsində müşavirə keçirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından bu müşavirə xüsusi əhəmiyyət kəsb edir.

Dövlət müşaviri görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin, müvafiq tövsiyələrini verib.

Müşavirədə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib. Müşavirənin sonunda Dövlət Komitəsinin sədri bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha da yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185

Oxşar yazılar