İyunun 26-da ümumqoşun təlimi olacaq
16 may 2014 17:20 (UTC +04:00)

İyunun 26-da ümumqoşun təlimi olacaq

0

26 İyun - Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimlərinin keçirilməsi planlaşdırılır.

 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Bir neçə gün davam edəcək və müxtəlif tapşırıqların yerinə yetiriləcəyi təlimlərdə Müdafiə Nazirliyi ilə yanaşı, Sərhəd Qoşunları və Daxili Qoşunların qüvvələri də iştirak edəcək.

 

Bu, Azərbaycan Silahlı Qüvvələrinin tarixində ən böyük ümumqoşun təlimi olacaq.

 

Təlimdə Azərbaycanın son illərdə xaricdən aldığı müxtəlif hərbi texnika və silah sistemləri də sınaqdan çıxarılacaq.

 

Silahlı Qüvvələr günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının buraxılışı da olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1062

Oxşar yazılar