Azərbaycanda növbəti buraxılış imtahanı iyunun 24-də keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Həmin gün buraxılış imtahanında Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevirdən olan şagirdlər iştirak edəcəklər.
Şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni http://eservices.tqdk.gov.az/sagird2014/ keçidinə daxil olaraq çap edə bilərlər.
Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.