İyulda 6 rayonda əmək yarmarkası keçiriləcək
30 iyun 2015 11:36 (UTC +04:00)

İyulda 6 rayonda əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyul ayında 6 rayonda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.

ƏƏSMN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin 11 rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar