İctimai Televiziya və Radio Yayımları Şirkəti Milli Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb. Bu barədə Lent.az-a Şirkətin mətbuat xidmətindən məlumat verilib. İctimai Televiziya və Radio Yayımları Şirkəti direktorlar şurasının iclasında baş direktoru Cəmil Quliyev bildirib ki, iclasın keçirilməsində əsas məqsəd Milli Olimpiya Komitəsinin televiziyaya xüsusi qayğı göstərməsi ilə bağlıdır. C. Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Milli Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Daha sonra Milli Olimpiya Komitəsinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Könül Nurullayeva İctimai Televiziyanın Azərbaycanın olimpiya hərəkatına xüsusi töhfələr verdiyini, o cümlədən bu yaxınlarda yekunlaşan "Fəal ailəm" və "Sağlam ailəm" layihələrinin bu işdə mühüm rol oynadığını bildirib.
Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov da İctimai Televiziya ilə bu günə qədər həyata keçirilən layihələrin uğurlarından və əməkdaşlığın gələcək perspektivlərindən danışıb. Nəhayət iclasın sonunda İctimai Televiziya və Radio Yayımları Şirkəti Milli Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru C. Quliyev başda olmaqla şirkətin layihələrdə əməyi keçmiş əməkdaşları mükafatlandırılıblar. Eyni zamanda Milli Olimpiya Komitəsi tərəfindən hazırlanan qış olimpiya oyunları ilə bağlı film də İctimai Televiziyaya təqdim olunub.

İTV mükafatlandırıldı
Oxşar yazılar

Sevgi və pul cəlb edəcəklər: Bu gün öz xoşbəxtliklərini tapacaq BÜRCLƏR
6 avqust 2025 , 00:02
Yayda ilk qar yağdı
5 avqust 2025 , 22:57
İnfluenserlər nə qədər vergi ödəyir? - Gizli qalan gəlirlər - VİDEO
5 avqust 2025 , 22:22
Vanqadan avqust ayı üçün dəhşətli PROQNOZ: mahiyyəti nədir
5 avqust 2025 , 20:15
Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI
5 avqust 2025 , 19:59
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
5 avqust 2025 , 19:07
Kiçik şeyləri qaçırmayın, böyük uğurlara səbəb ola bilər – Avqustun əvvəli üçün ulduz falı
5 avqust 2025 , 18:31