İTV-nin sabiq baş direktor müavini keçmiş vəzifəsinə qaytarıldı
12 oktyabr 2013 18:32 (UTC +04:00)

İTV-nin sabiq baş direktor müavini keçmiş vəzifəsinə qaytarıldı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin sabiq baş direktor müavini Oqtay Bayramov yenidən əvvəlki vəzifəsinə təyin edilib. Lent.az-ın məlumatına görə, Cəmil Quliyev İTV-yə baş direktor təyin edildikdən sonra AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri O. Bayramov adıçəkilən televiziyaya ictimai-siyasi proqramlar üzrə baş direktor müavini təyin edilmişdi. Lakin sentyabr ayında İTV-də baş vermiş növbəti kadr dəyişikliyi zamanı O. Bayramov yeni vəzifəsini itirmişdi. O, artıq AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri vəzifəsinə təyin edilib.

 

Belə ki, AzərTAc-ın Türkiyə ilə bağlı xəbərlərində xüsusi müxbir kimi O. Bayramovun adı qeyd olunur.

 

Onu da qeyd edək ki, İTV-dən uzaqlaşdırılan O. Bayramovun AzərTAc-a direktor müavini təyin edilməsi gözlənilirdi.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1913

Oxşar yazılar