İTV-nin keçmiş xəbər müdirindən sərt açıqlama
03 dekabr 2013 21:55 (UTC +04:00)

İTV-nin keçmiş xəbər müdirindən sərt açıqlama

İctimai Televiziyanın (İTV)  informasiya departamentinin sabiq direktoru İlham Sərxanlı işdən kənarlaşdırılması barədə yazıb.

 

Lent.az-ın məlumatına görə, İ. Sərxanlı "facebook"dakı səhifəsində İTV-dən getməyilə bağlı şərh vermək istəmədiyini qeyd edib: “Daha ciddi işlərlə məşğulam. Mən İctimai Televiziyanin yeni tərkibinin üzvü sayılmadığım üçün özümü şanslı jurnalist hesab edirəm. Bununla itirdiyimi deyil, əksinə qazandığımı hesab edirəm”.

 

Qeyd edək ki, Cəmil Quliyev İTV-nin baş direktoru təyin olunduqdan sonra İ. Sərxanlı informasiya departamentinin direktoru vəzifəsindən çıxarılaraq, analitik proqramlar departamentində şərhçi vəzifəsinə keçirilmişdi. Bu gün isə onun müqavilə müddəti bitib və onunla yeni müqavilə imzalanmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2957
avatar

Oxşar yazılar