İctimai Televiziyaya (İTV) Cəmil Quliyev rəhbər gətirildikdən sonra kanaldan uzaqlaşdırılan əməkdaşlar birgə fəaliyyətə qərar veriblər. Belə ki, onlar yeni sayt yaradır.
Yeni yaradılacaq saytda İTV rəhbərliyinə qarşı topladıqları kompromatlardan da istifadə edəcəyi gözlənilir.
Yeni sayta İTV-nin İnformasiya Departamentinin keçmiş müdiri İlham Sərxanlı rəhbərlik edəcək.
İ. Sərxanlı aznews.az-a açıqlamasında sayt yaradacaqları ilə bağlı məlumatı təsdiqləyib. O, saytın fəaliyyətində İTV-nin bəzi keçmiş əməkdaşlarının ona kömək edəcəyini də deyib. Amma Cəmil Quliyevə qarşı kompromatlardan istifadəyə gəlincə, İ.Sərxanlı bunu yanlış fikir olduğunu, rəhbərlik edəcəyi saytın ancaq xəbər saytı olacağını bildirib.
O, saytın adı və dəqiq hədəfləri barədə hələlik məlumat vermək istəməyib: “Qoy sayt fəaliyyətə başlasın, ondan sonra hər şey bəlli olacaq”.