İspaniya ölkəmizi Qarabağ məsələsində dəstəkləyir
07 fevral 2014 16:59 (UTC +04:00)

İspaniya ölkəmizi Qarabağ məsələsində dəstəkləyir

İspaniya ölkəmizin Qarabağ məsələsində dəstəkləyir

Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

  Görüşdə Ə. Həsənov Azərbaycan-İspaniya münasibətlərinin inkişafından danışıb. Bildirilib ki, İspaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Ə. Həsənov deyib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıb.

İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləyib.

O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulayıb, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini söyləyib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar