İsmayıllı bağçalarında da nöqsanlar aşkarlandı
18 dekabr 2013 17:49 (UTC +04:00)

İsmayıllı bağçalarında da nöqsanlar aşkarlandı

İsmayıllı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən İsmayıllı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu yoxlanılıb.

 

Araşdırma İsmayıllı şəhər 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında aparılıb. Dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunub ki, bağçalarda ərzaq və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müvafiq anbarlar mövcud deyil, məhsullar saxlanılması qadağan olunmuş yerlərdə mal qonşuluğu və temperatur rejiminə riayət olunmadan saxlanılır. Bundan başqa bağçalarda 10 günlük və 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur, o cümlədən tibb işçisi xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında qeydlər aparmadan və müayinə üçün nümunələr götürmədən uşaqlara paylanılmasına icazə verir. Həmçinin araşdırmalar zamanı xammalların gigiyenik və uyğunluq sertifikatları olmadığı aşkar edilib.

 

Bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar