Bakının əksər rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub-YENİLƏNİB-1
03 iyul 2018 04:17 (UTC +04:00)

Bakının əksər rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub-YENİLƏNİB-1

 

Artıq Bakının Yasamal, Nəsimi, Xətai, Binəqədi, Səbayel, Xəzər, Sabunçu rayonlarına, həmçinin, Xırdalan şəhərinə elektrik enerjinin verilişi bərpa olunub.

 

Bunu  APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

***

03:07

Artıq Sumqayıt şəhərinə, Bayıl, Ceyranbatan və bəzi Bakıətrafı kənd və qəsəbələrə də elektrik enerjisinin verilişi bərpa olunub.  

 

Bunu  APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Onun sözlərinə görə, digər ərazilərdə də "Azərişıq" hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir.

 

 

***

02:15

Azərbaycanın şimal və bəzi qərb rayonlarında elektrik enerjisinin verilişi bərpa olunub.

 

Bunu  APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Onun sözlərinə görə, Bakının Bayıl qəsəbəsində də hazırda paylayıcı şəbəkə tərəfindən elektrik enerjisi təmin olunub.

 

"Digər ərazilərdə də "Azərişıq" hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir" deyə T. Mustafayev qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar