İşgəncəyə məruz qalan əkiz qardaşlar xəstəxanadadır
11 yanvar 2014 02:44 (UTC +04:00)

İşgəncəyə məruz qalan əkiz qardaşlar xəstəxanadadır

Təbrizin “Traktor” futbol komandasının 4 gün əvvəl tutulan tərəfdarlarından ikisi həbsxanada məruz qaldığı fiziki işgəncələr nəticəsində xəstəxanaya yerləşdirilib.

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən  məlumatına görə, şəhər xəstəxanalarından birinə köçürülən 16 yaşlı əkiz qardaşlar Yaşar Səadəti və Salar Səadətinin səhhəti ağırdır.

Son günlər Təbrizin “Traktor”un  25 nəfər azarkeşi tutulub. Buna onların komandanın baş məşqçisi postuna edilən dəyişikliklə əlaqədar etiraz kampaniyasına başlamaları səbəb olub.

“Traktor” futbol komandasında Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Məcid Cəlali İran İnqilab Keşikçiləri Qvardiyasının yaxınlığı ilə tanınır.

Klubun tərəfdarları komanda rəhbərlərinin, eləcə də Məcid Cəlalinin mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq vətəndaşları bu telefonlara ismarış göndərib yeni təyinata etiraz bildirməyə çağırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar