İqtisadiyyat və sənaye nazirindən fransalı həmkarına təklif
28 yanvar 2014 17:47 (UTC +04:00)

İqtisadiyyat və sənaye nazirindən fransalı həmkarına təklif

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın kənd təsərrüfatı, ərzaq sənayesi və meşə naziri Giyom Qaro ilə görüşüb. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Fransa arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nazir Ş. Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda fransız şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Bununla belə, fransız şirkətləri Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyətlərini genişləndirə bilərlər.
 

Iqtisadiyyat və sənaye naziri və azərbaycanlı iş adamları bu ilin fevralında Fransada keçiriləcək Kənd Təsərrüfatı Sərgisinə dəvət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar