İqbal Ağazadə müavinsiz qaldı
04 iyun 2014 13:52 (UTC +04:00)

İqbal Ağazadə müavinsiz qaldı

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə müavinlərini azad edib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli, Xaricdə
yaşayan Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar