İnzibati xətalara görə yeni cərimə QAYIDALARI
27 yanvar 2014 18:31 (UTC +04:00)

İnzibati xətalara görə yeni cərimə QAYIDALARI

Azərbaycanda bütün hallar üzrə inzibati xətalara görə cərimələrlə bağlı yeni qaydalar tətbiq edilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 25.6-1, 425.1.1-1 və 426.1.5-1 və 426-1 maddələri əlavə olunur.

 

Dəyişikliklər layihəsində əsas mahiyyət inzibati xətalara görə müvafiq hallarda yeni qaydada – şərti olaraq cərimələrin tətbiq olunmasıdır. Layihəyə əsasən inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimə ödənilməyə bilər.

 

Yeni 426-1 maddəsinə görə, eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.

 

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün müddət nəzərdə tutulacaq. Bu müddət 1 aya qədər, yaxud  hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq 1 aydan 2 aya qədər müəyyən olunacaq. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2842

Oxşar yazılar