İnternet-mağazaları üçün ən perspektivli ölkələr
09 aprel 2015 15:17 (UTC +04:00)

İnternet-mağazaları üçün ən perspektivli ölkələr

İllik qlobal onlayn ticarət reytinqinə əsasən, Avropada internet biznesinin təsis edilməsi üçün daha perspektivli ölkələr Böyük Britaniya, Almaniya və Fransadır. Lakin bu qiymətləndirmə elektron ticarət bazarının miqyasından asılıdır.

 

Lent.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumatına görə, Belçika, Danimarka və İspaniya kimi kiçik ölkələr liderlər kimi bir o qədər də güclü təsirə malik olmasalar da, reytinqdə ildən-ilə artım nümayiş etdirirlər. Dünyada perspektivlik səviyyəsinə görə böyük bazarlar - ABŞ, Çin və Yaponiya liderdir.

 

Avropa ölkələrində liderlər onluğuna Böyük Britaniya, Almaniya və Fransa daxildir. Bununla yanaşı, ekspertlərin fikrincə, Böyük Britaniyada elektron ticarətin həcminin artması yaxın illərdə zəifləyəcək, Almaniya və Fransada bundan sonra da yüksək göstəricilər qeydə alınacaq. Beləliklə, Avropada internet biznesinin açılması və ya genişləndirilməsi zamanı bu göstəricilər nəzərə alınmalıdır, - "Payspacemagazine” yazır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar