Rayonlara intensiv yağış yağıb, güclü külək əsib
30 sentyabr 2014 12:31 (UTC +04:00)

Rayonlara intensiv yağış yağıb, güclü külək əsib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda ölkə ərazisində müşahidə olanan hava şəraitini açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, sentyabrın 29-u günün birinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, 29-u səhərədək güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib, şimşək çaxıb, yağış yağıb, əsasən Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Ən çox yağıntı Daşdatük məntəqəsində (Lənkəran) 88, Lənkəranda 52 (aylıq normanın 31 faizi), Astarada 51 (aylıq normanın 26 faizi), Lerikdə 19, Yardımlıda 18, Rvarudda (Lerik) 17 mm qeydə alınıb.

Digər rayonlara gəlincə, yağntının miqadarı Lənkəran-Astara zonasında 1-5, Böyük Qafqazda 1-10, Kiçik Qafqazda 1-8, Mərkəzi Aran rayonlarında 1-11, Qazax-Gəncə zonasında 1-4, Naxçıvan MR-da 3, Bakıda və Abşeron yarımadasında 0.4-0.6 mm olub.

Şimal-qərb küləyi bəzi rayonlarda güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib.  Çaylarda sululuq artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar