Tanınmış telejurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas Azərbaycan Dillər Universitetinin ən yaxşı oxuyan və maddi ehtiyacı olan bir tələbəsinə hər ay 100 manat məbləğində təqaüd verəcək.
Lent.az xəbər verir ki, təqaüd 1992-ci ildə Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Nazim Alim oğlu adınadır.
Qeyd edək ki, Nazim Alim oğlu İsayev Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi kimi könüllü olaraq Qarabağ müharibəsinə qatılmışdır.
Təqaüd veriləcək tələbə ADU THİK-in İdarə Heyəti tərəfindən seçilib.