Prezident Ağdaşdadır - <span style="color:red;">YENİLƏNİB
01 may 2014 12:49 (UTC +04:00)

Prezident Ağdaşdadır - YENİLƏNİB

Ağdaş rayonunda səfərdə olan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.


 

APA-nın xəbərinə görə, ümumi sahəsi 5 min 800 kv.m olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilib.

 

Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcək. Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılıb.
 

Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 

 

***

 

11.34

 

Azərbaycan prezidenti İlham Əliyevin Ağdaş rayonuna səfəri başlayıb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov prezident İlham Əliyevə H.Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
 

Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar