İki manat məsələsinə aydınlıq gəldi: toyda və yasda kəndə giriş pulsuz olacaq
10 iyun 2013 12:06 (UTC +04:00)

İki manat məsələsinə aydınlıq gəldi: toyda və yasda kəndə giriş pulsuz olacaq

Bəzi KİV-in yaydığı məlumata görə, Qubanın Xınalıq kəndinə daxil olmaq istəyən hər bir kəs 2 manat rüsum ödəməlidir. Buna səbəb kimi adıçəkilən kəndin dövlət qoruğu olması göstərilir. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə də şikayət edilib: “Bu, simvolik bir qiymətdir, təəssüf ki, buna da etiraz edirlər. Hamı bilsin ki, yas və toy mərasimləri keçirilən günlərdə kəndə giriş pulsuzdur. Amma xarici turistlər istisna olmaqla. Çünki onların o kəndə turist kimi gəldikləri bəllidir”.

 

K. Cəfərova onu da bildirib ki, burada yığılan iki manat pul qoruğun cari problemlərinə sərf olunacaq. “Xınalıq kəndində dövlət tərəfindən xeyli işlər görülüb. Bunun müqabilində iki manat böyük rəqəm deyil. Qanunvericiliyə uyğun olaraq, bütü dövlət qoruqlarına giriş pulludur. O ki qaldı bu pulun müqabilində vətəndaşlara qəbz verilməsinə,  həmin pul rəsmi şəkildə alınır” - deyə, nazirliyin sektor müdiri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3258

Oxşar yazılar