III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
16 iyul 2013 18:20 (UTC +04:00)

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

 

III ixtisas qrupu üzrə minimal bal endirildi

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

 

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

TQDK III qrup üzrə müsabiqə balını da aşağı salıb. Müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal əvvəlcədən nəzərdə tutulduğu kimi, 300 bal yox 250 bal müəyyənləşdirilib. Bundan başqa, qeyd olunan nəticə göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola bilər. 
 

 

Beləliklə, III qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb. III qrup üzrə  28939  abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306  nəfərini isə qızlar təşkil edib.  III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3112
avatar

Oxşar yazılar