Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Karlton Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Ölkəmizin Kanadadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, memoranduma əsasən, Dövlət İdarəçilik Akademiyası ilə Karlton Universiteti nəzdində fəaliyyət göstərən Dövlət İdarəçiliyi Mərkəzi (“Centre for Governance and Public Management”) arasında müxtəlif sahələr üzrə elmi əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Tərəflər gələcəkdə birgə elmi araşdırmaların aparılması, eləcə də professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinə dair razılığa gəliblər. İlk qarşılıqlı səfərlərin 2014-cü ilin yazında həyata keçirilməsi gözlənilir.