Azərbaycanda ictimai birliklərin üzvlərinin sayının açıqlanması məcburiləşdiriləcək. Lent.az-ın Femida.az-a istinadən xəbərinə görə, bununla bağlı Milli Məclis “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əlavələr edəcək.
Belə ki, qanunun 14-cü maddəsində (Dövlət reyestrinə dacil edilən məlumatlar) dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində əks etdirilməli məlumatlar sırasına ictimai birliklərin üzvlərinin sayı ilə bağlı məlumatlar da daxil ediləcək.
Layihə MM-in növbəti iclaslarından birində müzakirəyə çıxarılacaq.