Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. Kollegiya iclasında dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat Xidmətinə, Göyçay rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
İcra hakimiyyətləri yoxlanılıb
0
0
0
0