İcra başçısı: “Vəhabilərin ibadət etdiyi məscidi mən tikdirmişəm”
11 mart 2014 22:28 (UTC +04:00)

İcra başçısı: “Vəhabilərin ibadət etdiyi məscidi mən tikdirmişəm”

”Onlar da bizim vətandaşlarımızdı, mənim qəbuluma düşmək üçün gəliblər və mən də qəbul etmişəm. Vəhabilərin ibadət etdiyi məscidi 2005-ci ildə Xaçmaz şəhərinin mərkəzində mən tikdirmişəm”.

 

Bunu “xeberdar.az” saytına bu günlərdə Xaçmazdakı vəhhabilərdən ibarət heyəti qəbul edən icra başçısı Şəmsəddin Xanbabayev deyib.

 

İcra başçısı sələfiləri qəbul etdiyini və lazım olan qərarların qəbul olunduğunu bildirib: “O məscid tikilən vaxt belə söhbətlər yox idi. Son vaxtlar eyvanında problemlər yaranmışdı, damırdı və məndə onun yenidən təmir olunması üçün göstəriş vermişəm. Hazırda da təmir işəri davam edir. Bu şəxslər də orda ibadət edirdilər, indi məscidin fəaliyyəti müvəqqəti dayanıb. Bir müddətdən sonra məscid hazır olacaq”.

 

İcra başçısı deyib ki, sələfilər rayonda məscid tikmək üçün ondan icazə istəyiblər: “Mənimdə belə səlahiyyətim yoxdu. Bilirsizin ki, bu işlərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi məşğul olur”.

 

Ş. Xanbabayev bildirib ki, bu ayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri rayona gələcək: “Onlar da görüşüb sözlərini deyəcəklər. Nə qərar qəbul oluncaq onu da edəcəyik. Hazırda məscid təmir olunduğu üçün sünnilər də, şiələr də eyni evdə ibadət edirlər. Mənim rəhbərlik etdiyim rayonda bu məsələlərlə bağlı heç bir problem yoxdu. Onlar da məscidi təmir etdirdiyim üçün sevindilər. Narahatçılığa heç bir əsas yoxdu”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256

Oxşar yazılar