I sinfə gedəcək 42 274 uşağın sənədləri orta məktəblərə təqdim edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ( BŞTİ) Lent.az-a verilən məlumata görə, paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu davam edir.
Avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə BŞTİ tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 274 (saat 12:30) uşağın sənədi məktəbə təqdim edilib.