I qrup üzrə 700 bal toplayanlar – <span style="color:red;">LİSEY MƏZUNLARI
16 iyul 2014 11:19 (UTC +04:00)

I qrup üzrə 700 bal toplayanlar – LİSEY MƏZUNLARI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək 700 bal toplayan abituriyentlərin adlarını və təhsil aldıqları məktəbləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeyd olunan məzunların ikisi rayon və kənd orta məktəbinin məzunlarıdır.

 

I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki “Zəngi” liseyinin bu ilki məzunudur.

 

İbrahimov Eltun Nazim oğlu da Azərbaycan bölməsinə sənəd verib. O,

Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.

 

Hacılı Məmməd İsmayıl oğlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.

 

Nəbizadə Fatimeyi Zəhra Nemət qızı Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.

 

Quluzadə Nurlan Fəzayıl oğlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki “Zəkalar” liseyinin cari il məzunudur.

 

IV ixtisas qrupuna gəlincə, 700 bal toplayan Məmmədzadə İlkin Rəfael oğlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin bu ilki məzunudur.

 

Bu qrupa sənəd verən Qasımov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359

Oxşar yazılar