Ali məktəblərin I ixtisas qrupu üzrə ixtisas seçimində iştirak etmək üçün minimal bal 250-dən 150-yə endirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirakı mümkündür.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.