Hüseyn Bağırov Şəkidə qəbul keçirib
27 iyun 2014 13:32 (UTC +04:00)

Hüseyn Bağırov Şəkidə qəbul keçirib

 

 

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şəki şəhərində yerləşən Şəki Olimpiya Mərkəzində Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

H. Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə 60-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub. 

Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar